Azərbaycan millisinin üzvü Avstriya klubundan ayrıldı- rəsmi

Azərbaycanın U-21 millisinin şərəfini qoruyan Barış Ekincier icarə əsasında çıxış etdiyi Klaqenfurt “Austria”sı ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu Almaniyanın “Bohum” klubuna qayıdıb. Bu barədə Avstriya klubunun mətbuat xidməti məlumat yayıb.

Barışa komandanın bütün üzvlərinin imzaladığı forma hədiyyə olunub.

Keçən ilin iyulundan “Austria”nın şərəfini qoruyan Barışın “Bohum”la müqavilə müddəti 2022-ci ilin yayında başa çatır.