Azərbaycan millisinin sabiq hücumçusu Türkiyə klubunda

Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Cihan Özkaranın yeni klubu müəyyənləşib.

Komanda.az xəbər verir ki, 29 yaşlı hücumçu karyerasını Türkiyə Birinci Liqa təmsilçisi “İstanbulspor”da davam etdriəcək.

Futbolçu İstanbul klubu ilə 3 illik müqavilə bağlayıb. Ötən mövsümü Almaniyanın 4-cü liqa komandası “Rot-Veis Oberhauzen”də keçirən forvard 24 görüşdə 1 dəfə fərqlənə bilib.

Qeyd edək ki, Cihan Özkara Azərbaycan millisinin heyətində 18 oyun keçirib və bir qol vurub.