“Azərbaycan millisinin Rusiya üzərindəki qələbəsi vəziyyəti daha da çətinləşdirdi”

Xorvatiyanın futzal millisinin üzvü Franko Yelovçiç DÇ-2020-nin elit raundunda bu gün qarşılaşacaqları Rusiya ilə oyundan əvvəl  açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Yelovçiç, Azərbaycan millisinin də yer aldığı qrupdakı vəziyyəti dəyərləndirib:

“Slovakiya ilə oyun dramatik alındı. Lakin vacib olan qələbə qazanmağımız idi. İndi isə səbirsizliklə Rusiya ilə oyunu gözləyirik. Rusiya qrupun əsas favoritidir. Amma biz bütün komandaların bir-biri ilə oynaya biləcəyini və hər oyunun çətin olduğunu gördük. Bizimlə müqayisədə Rusiya yığmasının üzərində daha böyük təzyiq var. Xüsusilə, Braziliya əsilli və Avropa təcrübəsi olan futzalçılardan ibarət Azərbaycan millisinin Rusiya üzərindəki qələbəsi vəziyyəti daha da çətinləşdirdi”.

Elit-raundun 2-ci turunda Azərbaycan millisinə 3:4 hesabı ilə uduzan Rusiya yığması bu axşam Xorvatiya ilə qarşılaşacaq. Azərbaycan millisi isə qrupun son turunda Slovakiya ilə üz-üzə gələcək.