Azərbaycan millisinin rəqibinin futbolçusu koronavirusa yoluxdu

UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə qarşılaşacaq Monteneqro yığmasının futbolçularından birində koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Monteneqro Futbol İttifaqının rəsmi saytı məlumat yayıb. Millinin futbolçularından birinin testi müsbət çıxıb.

Bundan başqa, U-21 millisinin bir oyunçusunun da koronavirusa yoluxduğu deyilir. Hər iki futbolçu komandadan kənarlaşdırılaraq, karantinə alınıb.

Monteneqro millisi ilə Azərbaycan arasında oyun oktyabrın 10-da, Podqoritsadakı “Qradski” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.