Azərbaycan millisinin rəqibinə 1 qol bəs etdi

Dünyanın yaşıl meydanlarında yığma komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib.

Komanda.az xəbər verir ki, gecənin ən maraqlı görüşü Almaniya və Serbiya yığmaları arasında baş tutub. Almanlar bu qarşılaşmada məğlubiyyətdən qaçıblar və heç-heçəyə razılaşıblar.

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən olan Uels yığması isə Trinidad və Tobaqo ilə görüşdə minimal hesabla üstün olub. Rəqibimizin heyətində yeganə qolu 90-cı dəqiqədə Benjamin Vudbern vurub.

Yoxlama oyunları

20 mart

Oman – Əfqanıstan 5:0

Malayziya – Sinqapur 0:1

İraq – Suriya 1:0

Almaniya – Serbiya 1:1

Uels – Trinidad və Tobaqo 1:0