Azərbaycan millisinin rəqibi Macarıstanla qarşılaşacaq

DÇ-2020-nin elit-raund mərhələsində futzal üzrə Azərbaycan milli komandasının rəqiblərindən olan Rusiya yığması yoldaşlıq oyunu keçirəcək.

Komanda.az xəbər verir ki, şimal qonşumuz dekabrın 2-də və 3-də səfərdə Macarıstan yığması ilə üz-üzə gələcək. Bu oyunlara hazırlıq məqsədilə komanda noyabrın 26-da bir araya gələcək.