Azərbaycan millisinin rəqibi darmadağına üzüldü

UEFA Millətlər Liqasında Azərbaycan milli komandasının rəqiblərindən olan Lüksemburq yığması yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, sözügedən komanda doğma meydanda Avstriya yığmasıyla üz-üzə gəlib.

C liqasının 1-ci qrupunun lideri olan “cırtdan ölkə”nin təmsilçisi bu oyunda böyük hesabla məğlub olub. İlk yarısı qolsuz bitən matçın ikinci hissəsində vurulan toplar qonaqlara qələbə qazandırıb – 3:0.

Qeyd edək ki, Lüksemburq millisi noyabrın 14-də Kipr, 17-də Azərbaycanla qarşılaşacaq.