Azərbaycan millisinin oyununda “İstefa!” səsləri

Futbol üzrə Azərbaycan milli komandası bu dəqiqələrdə AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Slovakiya yığması ilə qarşılaşır.

Komanda.az xəbər verir ki, Bakıdakı 8-ci km stadionunda keçirilən qarşılaşma yığmamız üçün yaxşı başlamayıb. Artıq 8-ci dəqiqədə qapısından top buraxan futbolçularımız hazırda 1:3 hesabıyla məğlub olur.

Stadiona toplaşan azarkeşlər isə öncədən gözlənildiyi kimi, AFFA rəhbərliyini istefaya səsləməkdədi. Hər qoldan sonra istefa şüarları bütün arenanı bürüyür. Onların bu tələbinin nə dərəcədə yerinə yetiriləcəyini isə zaman göstərəcək.