Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı

Noyabrın 23-dən 28-nə qədər Gürcüstanın Tiflis şəhərində voleybol üzrə 16 yaşlı qızlar arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) Çempionatı keçiriləcək.

Komanda.az xəbər verir ki, çempionatda 9 ölkənin milli komandası mübarizə aparacaq.

Gürcüstan, Latviya, Rusiya, Ukrayna, Belarus, Estoniya, Litva və Polşanın iştirak edəcəyi yarışda qızlarımız A qrupunda öz güclərini sınayacaqlar.

Qeyd edək ki, yarışa hazırlıq məqsədilə, məşqlər 18 nəfərlik heyətlə davam edir. Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) Çempionatında çıxış edəcək millimizin baş məşqçisi, gənc, təcrübəli, voleybol üzrə qadınlardan ibarət milli komandanın məşqçisi Emin Əbilov təyin olunub.

A qrupu: Azərbaycan, Gürcüstan, Latvia, Rusiya, Ukrayna
B qrupu: Belarus, Estoniya, Litva, Polşa

23 noyabr
15:00 Azərbaycan – Ukrayna
17:30 Gürcüstan – Rusiya

24 noyabr
15:00 Gürcüstan – Latviya
17:30 Rusiya – Ukrayna

25 noyabr
10:00 Latviya – Rusiya
15:00 Azərbaycan -Gürcüstan

26 noyabr
12:30 Rusiya – Azərbaycan
17:30 Ukrayna – Latviya

27 noyabr
10:00 Latviya – Azərbaycan
15:00 Ukrayna – Gürcüstan