Azərbaycan millisinin məşqçisi Rusiya klubunda – rəsmi

Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko Moskva ÇSKA-sında çalışacaq.

Komanda.az xəbər verir ki, bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb.

Kramarenkonun əsas komandada qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərəcəyi bildirilir. O, bu gündən komandanın İspaniyadakı təlim-məşq toplanışına da qatılacaq.

Kramarenko 2002-2003-cü illərdə ÇSKA-da forma geyinib. O, karyerasını başa vurduqdan sonra klubun akademiyasında çalışıb. 2020-ci ildən isə Kramarenko Azərbaycan millisində qapıçılarla iş üzrə məşqçi kimi fəaliyyət göstərib.