Azərbaycan millisinin İsveçrə ilə oyununun vaxtı bilindi

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İsveçrə oyununun başlanma saatı müəyyənləşib.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, oktyabrın 15-də, Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.