Azərbaycan millisinin heyətində dəyişiklik – “Qəbələ”nin futbolçusuna dəvət

Təlim-məşq toplanışını Qəbələdə davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyətində dəyişiklik baş verib.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Keşlə” klubundan dəvət edilən Əkbər Vəliyev zədələndiyi üçün hazırlıq prosesindən kənarlaşdırılıb. Vəliyevin əvəzində “Qəbələ”nin üzvü Veysəl Rzayev toplanışa dəvət olunub.