Azərbaycan millisinin heyəti açıqlandı SİYAHI

Martın 16-dan 26-dək Bakıda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, toplanış zamanı U-21 martın 23-də “Səbail”, 3 gün sonra isə MOİK-lə yoxlama oyunları keçirəcək.

Hər iki görüş Bakı Olimpiya Stadionunun məşq meydanında keçiriləcək və saat 15:00-da başlayacaq. Baş məşqçi Milan Obradoviç hazırlıq prosesinə 24 futbolçu dəvət edib:

1 Kamran İbrahimov – Neftçi
2 Şahin Zəkiyev – Keşlə
3 Murad Popov – Qəbələ
4 Amin Seydiyev – Qəbələ
5 Turan Manafov – Zaqatala
6 Ricat Qarayev – Sumqayıt
7 Murad Qayalı – Keşlə
8 Hüseyin Seyliğli – Beşiktaş (Türkiyə)
9 Faiq Hacıyev – MOİK
10 Nihad Tamazov – Qarabağ
11 Ziya Əzizov – NEC Neymegen (Hollandiya)
12 Tural Bayramlı – Dauqavpils (Latviya)
13 Abbas Ağazadə – MOİK
14 Metin Güler – Beşiktaş (Türkiyə)
15 Hacıağa Hacılı – Qarabağ
16 İsmayıl İbrahimli – Qarabağ
17 Baxşəli Baxşaliyev – Sumqayıt
18 Əli Sadıxov – MOİK
19 Nicat Süleymanov – Qarabağ
20 Ərziman Rizvanov – Bohemians 1905 (Praqa, Çexiya)
21 Rövlan Muradov – Qəbələ
22 Fərid Nəbiyev – Slaviya (Praqa, Çexiya)
23 Süleyman Əhmədov – Sumqayıt
24 Nurlan Quliyev – Keşlə