Azərbaycan millisinin rəqibləri yoxlama oyunları keçirdi

Azərbaycan millisinin futzal üzrə DÇ-2020-nin elit-raund mərhələsindəki rəqibləri yoldaşlıq oyunları keçirib.

Komanda.az xəbər verir ki, Rusiya futzalçıları Budapeştdə Macarıstanla görüşüb. Oyun rusların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Çerkas şəhərində isə Xorvatiya Ukrayna millisinin qonağı olub. Oyun Ukrayna futzalçılarının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İranda təşkil olunan “Məşəd turniri”nə qatılan Slovakiya yığması isə iki oyun keçirib. İlk matçda İran komandası ilə qarşılaşan slovaklar 5:5 hesablı heç-heçə edib. Ertəsi gün Belarusla üz-üzə gələn rəqibimiz bu dəfə 1:4 hesablı məğlubiyyətlə barışıb.

Rusiya və Ukrayna rəqibləri ilə bu gün daha bir oyun keçirəcək. Slovaklar isə sabah İran yığması ilə yoldaşlıq oyununda üz-üzə gələcək.