Paşayevin 60 dəqiqəsi

Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” klubu yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Ukrayna təmsilçisi “Çerno More” klubu ilə qarşılaşıb. Bolqarıstan təmsilçisi ilə görüş “Aleksandriya”nın 3:1 hesablı qələbəsiylə başa çatıb.

Pavel Paşayev də sözügedən oyunun iştirakçısı olub. O, 4 hissədən ibarət olan və hər hissəsi 30 dəqiqə olan qarşılaşmanın 3-cü hissəsində meydana daxil olub, sonadək mübarizə aparıb.