İsrafilov oynadı, komandası səfərdən əliboş qayıtdı

Futbol üzrə İspaniya Sequndasında 26-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Ovyedo” ilə qarşılaşıb. Görüş “Albasete”nin 1:3 hesablı məğlubiyyəti ilə bitib.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, matça ehtiyat oyunçular skamyasında başlayıb və 62-ci dəqiqədə meydana daxil olub.

“Albasete” hazırda 28 xalla 22 iştirakçı arasında 19-cu pillədə qərarlaşıb. Komandanın ehtiyatda bir oyunu var.