Azərbaycan millisinin futbolçusu Çexiyada bombardir oldu

Çexiyanın futbol üzrə gənclər liqasında əsas mərhələnin ilk turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Teplitse” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 7:0.

Nəbiyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Milli komandamızın üzvü bu oyunda het-trikə imza atıb. O, 49, 76 və 82-ci dəqiqələrdə fərqlənib. Bundan əlavə, Fərid daha iki qolun məhsuldar ötürməsini veriib. Bununla da, Fərid bu mövsüm vurduğu qolların sayını 15-ə çatdırıb. Həmyerlimiz həm komandasının, həm də çempionatın bombardiridir.

“Slaviya”nın U-21 komandası hazırda 3 xalla 10 komanda arasında 1-ci pillədə qərarlaşıb.