Azərbaycan millisinin forvardı İngiltərədə dubla imza atdı

İngiltərədə yarıpeşəkar klublar arasında təşkil olunan “FA Trophy” kubokunda üçüncü mərhələnin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının hücumçusu Sərhat Daşdəmirin formasını geyindiyi “Fayld” klubu da bu turnirdə növbəti matçına çıxıb. Sözügedən klub səfərdə “Ramsbottom Yunayted”lə üz-üzə gəlib. Bütövlükdə 10 qolun vurulduğu matçda qalib müəyyənləşməyib – 5:5.

Sərhat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının vurduğu qollardan ikisinə də Daşdəmir imza atıb. Millimizin üzvü 11 və 47-ci dəqiqələrdə fərqlənib.