Azərbaycan millisinin dünya reytinqindəki mövqeyi açıqlandı

Dünya Çimərlik Futbolu təşkilatı “Beach Soccer Worldwide” (BSWW) milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Komanda.az xəbər verir ki, Azərbaycan millisi dünya reytinqində 390 xal ilə 28-ci pillədə qərarlaşıb. Komandamız Avropa sıralamasında da 10-cu pillədədir.

Siyahıya 4295 xalı olan Rusiya başçılıq edir. 3479 xalı olan Portuqaliya ikinci, 2695 xala malik Braziliya isə üçüncüdür.