Azərbaycan millisi Belarusa 2-ci oyunda da uduzdu

Minskdə təlim-məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan millisi bu gün Belarus yığması ilə növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Bakı vaxtı ilə saat 19:00-da başlayacaq oyunu İqor Qriqorev, Valeri Şeptunov və Anatoli Volıneçdən ibarət hakimlər briqadası idarə edib.

Azərbaycan millisi bir neçə gün əvvəl də Belarus yığması ilə qarşılaşmış və 3:5 hesabı ilə uduzmuşdu. Bu dəfə də qələbəni meydan sahibləri bayram ediblər. Komandamızın heyətində İsa Atayev və Teles Thaqo fərqlənib.

Futzal, yoxlama oyunu

28 avqust

Belarus – Azərbaycan 4:2