Azərbaycan millisinin rəqibi Paraqvayla bacarmadı

Azərbaycan millisinin AÇ-2020-dəki rəqiblərindən olan Slovakiya yığması yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, slovaklar Paraqvay millisi ilə qarşılaşıb. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə bitib. Slovakiyanın heyətində Robert Bojenik, Paraqvayda isə Alexandro Romero Qammara fərqlənib.

Slovakiya millisi AÇ-2020-nin seçmə mərhələsinin son oyununu Azərbaycana qarşı keçirəcək. Görüş noyabrın 19-da, Slovakiyada keçiriləcək.