“Azərbaycan millisini ciddiyə almamaq bizim üçün təhlükəli olar”

Futbol üzrə Serbiya yığmasının yarımmüdafiəçisi Nemanya Qudel DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:

“Oyun çətin keçəcək. Azərbaycan millisi əvvəlki komanda deyil. Artıq yaxşı futbol sərgiləyirlər. Bakıdakı qarşılaşmada üstünlük tərəfimizdə olsa da, qələbə asan başa gəlmədi. Ona görə də evdəki oyuna ilk dəqiqələrdən aqressiv başlamalıyıq. Azərbaycan yığmasının yaxşı təhlil etmişik. Rəqibin heyətində hansı futbolçuların olduğunu və necə oynadığını bilirik. Azərbaycan millisini ciddiyə almamaq bizim üçün təhlükəli olar. Matça maksimum dərəcədə hazır olacağıq”.