Azərbaycan millisindən “Sabah” üzərində qələbə

Bakıda təlim-məşq toplanışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivədə yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, “Sabah”ın 19 yaşlı futbolçulardan ibarət komandası ilə qarşılaşan yığmamız 3:1 hesablı qələbə qazanıb.

Ege Bilselin dubl etdiyi oyunda U-17-nin digər qolunu Ayxan Süleymanlı vurub.