Azərbaycan millisindən Gürcüstanla heç-heçə

Gürcüstanın Tiflis şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 0:0 hesabı ilə başa çatıb.

Bu komandalar arasında növbəti oyun martın 15-də keçiriləcək.