Azərbaycan millisindən 6 cavabsız qol

Bakıda təlim-məşq toplanışını başa vuran 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, “Sabah”ın U-17 komandası ilə qarşılaşan milli 6:0 hesablı qələbə qazanıb.

U-16-nın qollarını Ramin Əvəzov, Babamirzə Mehdiyev, Eltun Babazadə, Murad Əbilov, Ziya Şəkərxanov və Ümid Səlimov vurub.

Xatırladaq ki, U-16 əvvəlki oyunda “Sabah”ın eyni yaş qrupundan ibarət komandası üzərində 4:1 hesablı qələbə qazanmışdı.