Azərbaycan millisinə Türkiyə klubundan futbolçu çağırıldı

Bakıda təlim-məşq toplanışını davam etdirən 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasına daha bir futbolçu dəvət olunub.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, Türkiyənin “ALG Spor” klubunun üzvü İrem Bir komandaya qoşulub.