Azərbaycan millisinə 25 futbolçu dəvət olundu SİYAHI

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 14-də Sumqayıt şəhər stadionunda Lixtenşteynin, noyabrın 19-da isə “Dalğa Arena”da yoldaşlıq oyununda Ukraynanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin noyabrın 10-dan 19-dək Bakıda təlim-məşq toplanışı olacaq.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Milan Obradoviç toplanışa və oyunlara 25 futbolçu dəvət edib:

1 Kamran İbrahimov – Neftçi
2 Oleq Karnaux – Sabah
3 Nicat Mehbaliyev – Sumqayıt
4 Ömər Buludov – Neftçi
5 Amin Seydiyev – Qəbələ
6 Turan Manafov – Səbail
7 Murad Qayalı – Keşlə
8 Nihad Tamazov – Qarabağ
9 Hüseyin Seyliğli – Darica Gənclərbirliyi (Türkiyə)
10 Elçin Mustafayev – Sabah
11 Toral Bayramov – Qarabağ
12 Rafael Məhərrəmli – Zirə
13 Hacıağa Hacılı – Qarabağ
14 Fərid Nəbiyev – Slaviya (Çexiya)
15 Barış Ekincier – Austria Klaqenfurt (Avstriya)
16 Rövlan Muradov – Qəbələ
17 Səbuhi Abdullazadə – Sumqayıt
18 Tural Bayramlı – Keşlə
19 Şakir Seyidov – Sabah
20 İsmayıl İbrahimli – Qarabağ
21 Elvin Cəfərquliyev – Sumqayıt
22 Ozan Can Kökcü – Sabah
23 Süleyman Əhmədov – Sumqayıt
24 Doğukan Öksüz – Eyüpspor (Türkiyə)
25 Musa Qurbanlı – Qarabağ