Azərbaycan millisi Zaqrebdən məğlub qayıdır

Bu gün AÇ-2020-nin seçmə mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandası da bu turnirdə ilk oyununa çıxıb. Azərbaycan yığması ilk oyununda səfərdə Xorvatiya millisi ilə qarşılaşıb. Bu görüş Nikola Yurçeviçin Azərbaycan millisinin “sükanı arxasında” debüt matçı olub.

Görüşün aşkar favoriti DÇ-2018-in gümüş medalçısı olan Xorvatiya yığması idi. Amma qarşılaşmada hesabı Azərbaycan yığması açıb. Fasilə ərəfəsində bərabərlik qolunu vuran xorvatlar sonda əzmkar qələbə qazanıblar.

Azərbaycanın millisinin yer aldığı E qrupunun digər oyununda Slovakiya Macarıstanı qəbul edib. Bu görüşdə də meydan sahibləri inamlı qələbəyə seviniblər.

AÇ-2020-nin seçmə mərhələsi, E qrupu

21 mart

Xorvartiya – Azərbaycan 2:1
Qol:
Borna Barişiç, 44. Andrey Kramariç, 79 – Ramil Şeydayev, 19.
Hakimlər: Georgi Kabakov, Martin Marqaritov, Divan Valkov, Nikola Popov (hamısı Bolqarıstan)
Hakim-inspektor: Nikolay İvanov (Rusiya)
UEFA nümayəndəsi: Emil Ubias (Çexiya)
Zaqreb, “Maksimir” stadionu

Xorvatiya: 12. Lovre Kaliniç, 2. Yosip Brekalo, 3. Borna Barişiç, 4. İvan Perişiç, 5. Duye Çaleta-Tsar, 7. İvan Rakitiç, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 10. Luka Modriç (k), 20. Bruno Petkoviç, 21. Domaqoy Vida.
Ehtiyat oyunçular: 1. Dominik Livakoviç, 23. Simon Sluqa, 6. Karlo Bartoleç, 11. Marselo Brozoviç, 13. Nikola Vlaşiç, 14. Filip Bradariç, 15. Mario Paşaliç, 16. Antonio Miliç, 17. Marko Roq, 19. Milan Badel, 22. Marin Leovats.
Baş məşqçi: Zlatko Daliç.
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 10. Mahir Mədətov, 13. Dmitri Nazarov, 14. Eddi İsrafilov, 20. Riçard Almeyda, 11. Ramil Şeydayev.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Namiq Ələsgərov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 18. Anton Krivotsyuk, 19. Əli Babayev, 21. Təmkin Xəlilzadə, 22. Mirabdulla Abbasov.
Baş məşqçi: Nikola Yurçeviç.

Slovakiya – Macarıstan 2:0
Qol: Andrey Duda, 42. Albert Rusnak, 85.