Azərbaycan millisi üçün əlçatmaz olan pul mükafatları

Türkiyə millisi AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində dünən öz meydanında İslandiya ilə qolsuz heç-heçə etməklə, çempionatın final mərhələsinə vəsiqə qazandı.

Komanda.az xəbər verir ki, Türkiyə millisi AÇ-2020-nin final mərhələsinə çıxmaqla, 9,2 milyon avro əldə etmiş oldu. UEFA, AÇ-2020-də qələbəyə görə 1,2 milyon, heç-heçə üçün isə 750 min avro nəzərdə tutub. AÇ-2020-də qrupdan çıxmağı bacaran milli komandalar isə 2 milyon avro qazana biləcəklər.

AÇ-2020-nin pul mükafatları
Çempionatda iştirak – 9,2 milyon avro
Heç-heçə – 750 min avro
Qələbə – 1,5 milyon avro
1/8 final – 2 milyon avro
1/4 final – 4 milyon avro
Yarımfinal – 5,5 milyon avro
Final – 10 milyon avro
Çempionluq – 34 milyon avro

Azərbaycan milli komandası da AÇ-2020-nin seçmə mərhələsində iştirak edir. Amma xorvatiyalı mütəxəssis Nikola Yurçeviçin baş məşqçisi olduğu komanda yer aldığı qrupda cəmi 1 xal toplayıb.