AFFA-nın milli komandası azarkeşlərin əsəbi ilə oynadı, slovakların qarşısında isə diz çökdü

Azərbaycan millisi bu gün AÇ-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, baş məşqçi Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Slovakiya yığması ilə qarşılaşıb.

Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsində bundan əvvəl keçirdiyi 2 oyunda da məğlub olmuşdu. Slovakiya yığmasının isə 3 xalı vardı.

Millimiz bu görüşdən də məğlub ayrılıb. Özü də biabırçı hesabla.

Qrupun digər oyununda isə Macarıstan Uelsi qəbul edəcək.

AÇ-2020, seçmə mərhələ, 4-cü tur

11 iyun

Azərbaycan – Slovakiya 1:5
Qol: Ramil Şeydayev, 29 – Stanislav Lobotka, 8. Yuray Kuçka, 27. Marek Hamşik, 30; 57. David Hanko, 85.
Baş hakim:
Con Biton (Şotlandiya)
8-ci km stadionu.

Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 9. Ağabala Ramazanov, 11. Ramil Şeydayev, 14. Rəşad Eyubov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 13. Dmitri Nazarov, 15. Namiq Ələsgərov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 19. Əli Babayev, 21. Pavel Paşayev, 22. Məqsəd İsayev.
Baş məşqçi: Nikola Yurçeviç.
Slovakiya: 23. Martin Dubrovka, 2. Peter Pekarik, 3. Denis Vavro, 10. Albert Rusnak, 11. Robert Bojenik, 14. Martin Şkrinyar, 16. David Hanko, 17. Marek Hamşik (k), 19. Yuray Kuçka, 20. Robert Mak, 22. Stanislav Lobotka.
Ehtiyat oyunçular: 1. Matuş Kozaçik, 12. Marek Rodak, 4. Branislav Ninay, 5. Lübomir Şatka, 6. Yan Qrequş, 7. Yaroslav Mihalik, 8. Andrey Duda, 9. Lukaş Haraslin, 13. Patrik Hroşovski, 15. Robert Mazan, 18. Pavol Şafranko, 21. Matuş Bero.
Baş məşqçi: Pavel Hapal.

22:45. Macarıstan – Uels 1:0
Qol: Patkai, 81.