Şükür, bu əzab da bitdi!

AÇ-2020-nin seçmə mərhələsinin E qrupunda bu gün Azərbaycan milli komandası son oyununu keçirib.

Komanda.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Slovakiya yığması ilə qarşılaşıb. Trnava şəhərindəki Anton Malatinski stadionunda keçirilən görüş meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

Qrupun digər oyununda Uels Macarıstanı qəbul edib və inamlı qələbə qazanmaqla lider Xorvatiyanın ardından ikinci yerlə AÇ-2020-yə vəsiqə qazanıb. Millimiz isə cəmi 1 xalla (!) qrup sonuncusu olub.

AÇ-2020, seçmə mərhələ, 10-cu tur

19 noyabr

Slovakiya – Azərbaycan 2:0
Qol: Robert Bojenik, 19. Marek Hamşik, 86.
Baş hakim:
Sergey Boyko (Ukrayna)

Slovakiya: 1. Martin Dubravka, 2. Peter Pekarik, 7. Lukas Haraslin, 9. Robert Bojenik, 11. Matuş Bero, 14. Milan Şkriniar, 15. Norbert Qyömber, 16. David Hançko, 17. Marek Hamşik (k), 19. Yuray Kuçka, 22. Stanislav Lobotka.
Ehtiyat oyunçular: 12. Marek Rodak, 23. Dominik Holeç, 3. Denis Vavro, 4. Martin Valyent, 5. Lübomir Şatka, 16. Yan Qrequş, 8. Andrey Duda, 10. Albert Rusnak, 13. Patrik Hroşovski, 18. Samuel Mraz, 20. Nikolas Şpalek, 21. Mixal Duriş.
Baş məşqçi: Pavel Hapal.
Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 3. Şəhriyar Rəhimov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov, 9. Vüsal İsgəndərli, 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov, 16. Abbas Hüseynov, 18. Anton Krivotsyuk, 22. Cavid Hüseynov.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Mehdi Cənnətov, 5. Elvin Camalov, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 10. Ağabala Ramazanov, 13. Dmitri Nazarov, 15. Şəhriyar Əliyev, 17. Renat Dadaşov, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda, 21. Pavel Paşayev.
Baş məşqçi: Nikola Yurçeviç.

Uels – Macarıstan 2:0
Qol: A.Remzi, 15; 47.
Baş hakim:
Ovidiu Alin Hateqan (Rumıniya)