Azərbaycan millisi Norveçə də böyük hesabla məğlub oldu

17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib.

Komanda.az xəbər verir ki, millimiz bu dəfə Norveçlə üz-üzə gəlib. Farer adalarının Torshavn şəhərində təşkil olunan oyun yığmamızın növbəti məğlubiyyəti ilə başa çatıb. Norveçlilər bütün qolları ilk yarıda vurublar.

Xatırladaq ki, millimiz ilk turda Sloveniyaya 0:5 hesabıyla uduzmuşdu. Norveç isə Farer adalarını 12:0 üstələmişdi.

Yığmamızın yer aldığı 5-ci qrupun digər oyununda bu gün meydan sahibi Farer adaları yığması Sloveniya ilə üz-üzə gələcək.

AÇ-nin seçmə mərhələsi, 5-ci qrup

20 oktyabr

Norveç – Azərbaycan 5:0