Azərbaycan millisi Moldova ilə 2 yoxlama oyunu keçirəcək

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Moldova ilə yoxlama oyunları keçirəcək.

Komanda.az xəbər verir ki, bu barədə Moldova Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, Moldova və Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət yığma komandaları oktyabrın 23 və 25-də üz-üzə gələcəklər. Hər iki oyun Vadul luy Vode şəhərində baş tutacaq.

Oktyabrın 23-dəki qarşılaşmaya Bakı vaxtı ilə saat 17:00-da, ikinci görüşə isə 12:00-da start veriləcək.