Azərbaycan millisi Lüksemburqda belə qarşılandı FOTO

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində son oyununu keçirmək üçün Azərbaycan milli komandası Lüksemburqa gedib.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, millimizi hava limanında bir qrup azarkeş qarşılayaraq, komandamıza uğurlar arzulayıb.

Lüksemburq – Azərbaycan oyunu noyabrın 17-də, Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.