Azərbaycan millisinin De Byazili “siftə”si uğursuz oldu

Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 2020/21 mövsümündə mübarizəyə başlayıb.

Komanda.az xəbər verir ki, yığma bu gün ilk oyununu keçirib. Canni De Byazinin rəhbərlik etdiyi komanda Bakıda Lüksemburqu qəbul edib. Bu, italiyalı mütəxəssisin millidə ilk sınağı olub. Bakı Olimpiya Stadionunda keçirilən oyun Azərbaycan yığmasının məğlubiyyəti ilə başa çatıb.

Millətlər Liqası, 2020/221 mövsümü, 1-ci tur

5 sentyabr

C Liqası, 1-ci qrup

Azərbaycan – Lüksemburq 1:2
Qol: R.Şeydayev, 43 – A.Krivotsyuk, 48-öz qapısına. J.Rodriqes, 72-pen.
Qırmızı vərəqə: M.Emreli, 26.

Hakimlər: Kris Kavana, Daniel Riçard Kuk, Sian Massey, Pol Tirni.
Bakı Olimpiya Stadionu.

Azərbaycan: 1. Emil Balayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Namiq Ələsgərov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 15. Bədavi Hüseynov, 16. Elvin Camalov, 18. Anton Krivotsyuk, 19. Təmkin Xəlilzadə.
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 23. Mehdi Cənnətov, 3. Coşqun Diniyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 13. Abbas Hüseynov, 14. Adil Nağıyev, 17. Rəhman Hacıyev, 20. İsmayıl İbrahimli, 21. Amin Seydiyev, 22. Rəhim Sadıxov.
Baş məşqçi: Canni de Byazi.
Lüksemburq: 1. Entoni Moris, 5. Vahid Selimoviç, 7. Lars Jerson, 8. Kristofer Martins, 10. Jerson Rodriqes, 11. Vensan Till, 13. Dirk Karlson, 15. Olivye Till, 16. Leandro Barreyro Martins, 18. Loran Yans (k), 21. Maurise Devill.
Ehtiyat oyunçular: 12. Ralf Şon, 23. Tim Kips, 2. Enes Mahmutoviç, 3. Tim Holl, 4. Kevin Malje, 6. Florian Bohnert, 9. Danel Sinani, 14. Stefano Bensi, 17. Alessio Kurçi, 19. Marvin Martins, 20. Edvin Muratoviç, 22. Aldin Skenderoviç.
Baş məşqçi: Luk Holts.