Azərbaycan millisi İsrailə bu heyətlə yollanır

Dekabrın 7-dən 14-dək İsrailin Eylat şəhərində 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək.

Komanda.az xəbər verir ki, yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edəcək.

Onların arasında Azərbaycan yığmasının üzvləri də olacaq. Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında aşağıdakı atletlər körpücük üzərinə çıxacaqlar:

Qızlar: Aişə Əliyeva, Selcan Qarayeva, Rəhilə Hüseynova, Leyla Qurbanlı.

Oğlanlar: Kənan Rəhimov, Qasım İsmayılov, Elşən Məmmədov, Nurlan Məmmədzadə, Əvəz Tağıyev, Tehran Məmmədov, Rüstəm Qasımov, Ömər Cavadov, Samir Əskərzadə, Həsənağa Sahibov, İsa Həsənli, Tarmenxan babayev, Əli Şükürlü, Rəhman Kazımov.

Ədalət təmsilçisi olaraq İsraildə ölkəmizi beynəlxalq dərəcəli hakim Səbinə Rzayeva təmsil edəcək.