Azərbaycan millisi İspaniya və Çexiya ilə eyni qrupda

Bu gün UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında qadınlardan ibarət milli komandalar arasında final mərhələsi 2021-ci ildə İngiltərədə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, mərasimdə Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.

Püşkün nəticəsinə əsasən, millimiz Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda D qrupunda İspaniya, Çexiya, Polşa və Moldova komandaları ilə mübarizə aparacaq.