Azərbaycan millisi İslamiadada finala çıxdı

Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın cüdo kişi milli komandası finala çıxıb.

Komanda.az xəbər verir ki, kişi cüdo millisi əvvəl Bəhreyni, daha sonra yarımfinalda Tacikistanı 3:1 məğlub edərək finala çıxıb. Kişilərdən ibarət milli finalda meydan sahibi Türkiyə ilə qarşılaşacaq.

Qadın millisi isə Türkmənistanı 3:0 məğlub etsə də, 1/4 finalda Əlcəzairə 2:3 hesabı ilə uduzub. Azərbaycan millisi bürünc medal üçün təsəlliverici görüşdə Seneqala 3:1 qalib gəlib.

Fərdi yarışlarda Azərbaycan cüdoçuları 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.