Azərbaycan millisi ilə oyundan öncə heç-heçə

Futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında növbəti rəqibi olan Monteneqro yığması yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, sözügedən komanda Qazaxıstanla üz-üzə gəlib.

Monteneqro yığması öz meydanında baş tutan bu oyundan qolsuz bərabərliklə ayrılıb – 0:0.

Qeyd edək ki, Xorvatiyanın Zapreşiç şəhərində baş tutacaq Azərbaycan – Monteneqro görüşü noyabrın 14-də keçiriləcək.