Azərbaycan millisi ilə oyundan öncə 12 cavabsız qol

Xəbər verdiyimiz kimi, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib.

Komanda.az xəbər verir ki, Farer adalarının Torshavn şəhərində təşkil olunan qrupun ilk matçında millimiz Sloveniyaya 0:6 hesabıyla uduzub.

Yığmamızın yer aldığı 5-ci qrupun digər oyununda meydan sahibi Farer adaları yığması da Norveçlə üz-üzə gəlib. Bu görüş daha məhsuldar alınıb. Belə ki, Norveç yığması 12 cavabsız qolla qalib gəlib.

İkinci turda Azərbaycan yığması məhz Norveçlə üz-üzə gələcək. Farer adaları isə Sloveniya ilə qarşılaşacaq. Hər iki görüş oktyabrın 20-də baş tutacaq.