Azərbaycan millisi Belarusa böyük hesabla uduzdu

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Belarus yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib.

Komanda.az xəbər verir ki, Bakı Olimpiya stadionunun ehtiyat meydançasında saat 17:00-da başlayan qarşılaşmanı Tural Qurbanov idarə edib. Hidayət Feyzullayev və Şirmamed Mamedov yan-xətt hakimi olub. Dördüncü hakim funksiyasını İslam Məmmədov yerinə yetirib.

Qarşılaşma isə yığmamızın məğlubiyyəti ilə başa çatıb – 1:4. Komandamızın yeganə qolunu 43-cü dəqiqədə Kamal Kazımov vurub.

Bu komandalar arasında sentyabrın 21-də, saat 12:00-da, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək oyunda isə baş hakim Cavid Cəlilov olacaq. Ona Rəhman İmani və Elşad Abdullayev kömək edəcək. Dördüncü hakim Tural Qurbanov olacaq.

Yoxlama oyunu

19 sentyabr

Azərbaycan U-17 – Belarus U-17 1:4