Azərbaycan millisi AÇ-yə belə hazırlaşır – VİDEO

Ağır atletika üzrə kişilərdən və qadınlardan ibarət Azərbaycan yığma komandaları Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında təlim-məşq toplanışınındadı.

Komanda.az xəbər verir ki, baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında həyata keçirilən hazırlıqlarda əsas məqsəd apreldə Rusiyanın paytaxtı Moskvada keçiriləcək Avropa çempionatı üçün heyəti formalaşdırmaqdı.

Toplanış intensiv şəkildə davam etdirilir. Asif Məmmədov hazırlıq barədə danışaraq qeyd edib ki, komanda lazımi şəraitlə təmin olunub. Mütəxəssis hazırlığın normal getdiyini, hədəfin Moskvadakı Avropa çempionatında layiqli çıxış etmək olduğunu bildirib.

Avropa çempionatı aprelin 2-də start götürəcək.