Mahir Emrelinin evi qarət olundu

Azərbaycan milli komandasının və “Qarabağ” klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub.

Komanda.az xəbər verir ki, Emrelinin Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb (Report).

Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olublar.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.