Dadaşov qol vurdu, komandası darmadağınla qələbə qazandı

Azərbaycan milli komandasının üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu “Feniks Rizinq” klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, “Nyu Mexiko”nu qəbul edən klub 5:2 hesabı ilə qalib gəlib.

Rüfət oyuna start heyətində başlayıb və 69-cu dəqiqəyədək meydanda olub. 22-ci dəqiqədə fərqlənən Dadaşov, komandasının ikinci qolunu vurub.

13 xal toplayan “Feniks Rizinq” B  qrupunun birincisidir.