Dadaşov oynadı, komandası yarımfinala yüksəldi

Azərbaycan milli komandasının üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu “Feniks Rizinq” klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Dadaşovun komandası pley-off mərhələsinin 1/4 finalında səfərdə “Reno” ilə qarşılaşıb. Əsas vaxtı 2:2 hesabıyla bitən görüşün qalibi penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Feniks Rizinq” yarımfinal mərhələsinə yüksəlib.

Rüfət də bu matçın iştirakçısı olub. Start heyətində meydana çıxan Dadaşov, sona qədər oyunda qalıb. O, 5-ci penaltini dəqiq yerinə yetirib.

“Feniks Rizinq” pley-off mərhələsinin yarımfinalında “El Paso” ilə qarşılaşacaq.