Dadaşov oynadı, komandası uduzdu

Azərbaycan milli komandasının üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu “Feniks Rizinq” klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Dadaşovun komandası doğma meydanda “San Dieqo Loyal”la qarşılaşıb. Görüş “Feniks Rizinq”in 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Rüfət də bu matçın iştirakçısı olub. Start heyətində meydana çıxan Dadaşov, sona qədər mübarizə aparıb və fərqlənməyi bacarmayıb.  

Rüfət Dadaşov ABŞ-ın birinci liqasında 10 qolla bombardirlər siyahısında 2-ci sıradadır. 26 xal toplayan “Feniks Rizinq” B  qrupunun birincisidir.