AMADA-dan Azərbaycan ordusuna maliyyə yardımı

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda inamla döyüşən Azərbaycan ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 10.000 AZN vəsait köçürüb.

Komanda.az xəbər verir ki, bundan əlavə, AMADA əməkdaşları döyüşlərdə yaralanan hərbçilərə kömək məqsədi ilə öz təşəbbüsləri ilə vəsait toplayaraq tibbi ləvazimatlar alıb və Müdafiə Nazirliyinin tibb xidmətinə təhvil verib.