Azərbaycan kubokunda finalçılar bəlli oldu

Bu gün futzal üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyunda “Neftçi” və EKOL komandaları qarşılaşıb. EKOL bu görüşdə inamlı qələbə sayəsində finala vəsiqə qazanıb.

Günün ikinci oyununda “Advokat” – “Xəzər Cənub” oyunu ikincilərin təyin olunmuş vaxtda meydana çıxmadığına görə, baş tutmayıb. Bu üzdən də “Advokat” oynamadan finala adlayıb.

Həlledici oyun mayın 23-də keçiriləcək.

Azərbaycan kuboku, Yarımfinal

20 may

Neftçi – EKOL 1:5
Hakimlər
: Azər Əsgərov, Fuad Həsənov, Kənan Məlikov.
Bakı İdman Sarayı. Saat 14:30.

Advokat – Xəzər Cənub +:- (Oyun baş tutmayıb)