Azərbaycan kuboku: İştirakçılar və püşkün tarixi bəlli oldu

Futbol üzrə Azərbaycan kubokunda 2021/2022-ci illər mövsümünün iştirakçı komandaları müəyyənləşib.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, birinci divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Qaradağ Lökbatan” və MOİK mübarizə aparacaq.

Ölkə kubokunda püşkatma mərasimi noyabrın 10-da AFFA-nın inzibati binasında keçiriləcək. Tədbir saat 15:00-da başlayacaq və pandemiya qaydalarına riayət olunmaqla baş tutacaq.