Azərbaycan Kuboku: 1/4 finalın oyun cədvəli bəlli oldu

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk görüşlərinin oyun cədvəli müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

İki gündə keçiriləcək qarşılaşmalar “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan Kuboku, 1/4 finalın ilk oyunları

1 fevral

Qarabağ – Keşlə
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 17:30.

Neftçi – Sabah
Bakı. 8-ci km stadionu, 19:45.

2 fevral

Zirə – Səbail
Zirə İdman Kompleksinin stadionu, 17:00.

Sumqayıt – Qəbələ
Sumqayıt. “Sumqayıt Arena”, 19:15.